Xaçmazda meşə yanğınına iki helikopter və bir amfibia təyyarəsi cəlb olundu - Yenilənib

Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğının söndürülməsini sürətləndirmək və yanğının sahəsinin daha da genişlənməsinin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.  

Yeniavaz.com FHN-in saytına istinadən xəbər verir ki, Nazirliyin Aviasiya dəstəsinin iki helikopteri və “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə işlərinə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***
Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında baş verən yanğın səbəbindən Xaçmaz-Xudat avtomobil yolu bağlanıb. 
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilir ki, ərazidəki istirahət mərkəzinin və yanacaqdoldurma məntəqəsinin əməkdaşları təxliyə olunub.

 

 

DİGƏR XƏBƏRLƏR

Top