Eldar Mahmudovun oğlu istefa verdi - Fotofakt


Daha əvvəl xəbər verdiyimiz kimi, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovda ötən ilin 13 dekabr tarixində Böyük Britaniyanın paytaxtı London şəhərində - “The Old Rectory Church Street, Weybridge, Surrey KT13 8DE” ünvanında yerləşən “Britannia Group Ip Holdings Limited” şirkətinin direktoru təyin olunub.
Yeniavaz.com Böyük Britaniyanın rəsmi qurumları tərəfindən açıqlanan məlumatlara istinadən bildirir ki, Anar Mahmudov 6 aydan sonra – bu ilin 21 iyun tarixində “Britannia Group Ip Holdings Limited” şirkətinin direktoru vəzifəsindən istefa verib.
Onu da bildirək ki, Anar Mahmudov daha əvvəl Londonda qeydiyyatda olan “Mea Capital Limited” şirkətinin də direktoru olub. Bu şirkət 6 oktyabr 2020-ci il tarixində bağlanıb.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top