Şəhid ailələri diqqət üçün təşəkkürlərini bildirirlər - Fotolar


Vətən varlığımız, qürurumuzdur. Vətənin azadlığı, istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur. Şəhid ailələri daim dövlətin diqqət və qayğısındadır. Ona görə də  şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir. Bizlərə əmanət olan şəhid ailələri hər zaman  dövlətin diqqət və qayğısında olduğu kimi əziz bayram günlərində də yaddan çıxmırlar. Azərbaycan xalqının ən əziz bayramlardan biri sayılan müqəddəs Qurban bayramı münasibəti ilə,  Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Vətən müharibəsi şəhidlərinin ailələrinə bayram sovqatları çatdırılıb. Bu diqqət və qayğıya görə şəhid ailələri də hər zaman dövlətdən gördükləri bu qayğıya görə təşəkkürlərini bildiriblər. Mingəçevirdən olan şəhid Təbriz İldırım oğlu Cüməzadənin atası İldırım kişi bu diqqət və qayğıya görə Prezident ilham Əliyevə, Mehriban Əliyevaya, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılova Qurban bayramı münasibəti ilə öz təbriklərini çatdırır, bildirirlər ki, dövlətimiz hər zaman biz şəhid ailələrinin yanında oldu, onları unutmadılar.
Mingəçevirdən olan iki şəhid İslam və Əlinin anası Sevinc ana deyir ki, hər iki oğlum vətənin dar günündə canlarını sipər edib vətəni qorudular: "Oğullarmla fəxr edirəm bir ana kimi, indi biz sizlərdən güc alırıq, bizi yaşadan sizsiniz mənim əziz xalqım, ölkəmizin rəhbərləri hər zaman yanımızda oldunuz. Bu Müqəddəs bayram günlərində də bizi unutmadınız. Bizə nə lazımdır? Ancaq diqqət. Bu diqqəti də həm şəhər rəhbərliyindən, həm də ölkə rəhbərliyindən görürük.Təki vətənimiz sağ olsun, hər birinizə təşəkkürlərimizi çatdırırıq”.
İki körpə uşaq anası şəhid gizir Aliyev Vahid Abbas oğlunun həyat yoldaşı Aliyeva Sona Səməndin qızı dövlət tərəfindən onlara yaradılan şəraitə görə və bu əziz gündə unudulmadıqlarına görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürlərini bildirir. Sona xanım deyir ki,yoldaşı baş gizir Vahid tank komandiri olub. Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Biri 6 digəri 7 yaşında olan iki  şəhid oğlulları Abbas və Rahid böyüyəndə ataları kimi qəhrəman olacaqlarını deyirlər. Sona xanım Mingəçevir şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılova və  İcra Hakimiyyəti başçısı aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin əməkdaşlarına da öz təşəkkürlərini bildirir.


Esmira Hidayətova, Mingəçevir.

DİGƏR XƏBƏRLƏR

Top