DYP sürücülərə müraciət edib


"Qurban bayramı ilə əlaqədar nəzərdə tutulmuş istirahət günlərində, eləcə də havaların isti keçməsi ilə əlaqədar vətəndaşlara yol hərəkəti qaydalarına ciddi riayət etmələrini bir daha tövsiyə edirik".
Yeniavaz.com
xəbər verir ki, bunu Bakı Şəhər DYP-nin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.
O bildirib ki, xüsusilə dəniz kənarında istirahət edən şəxslərin yolun hərəkət istiqamətində avtomobil saxlamasınlar:
"Xüsusilə sürət həddi yüksək olan yollarda - Binəqədi, Sabunçu, Suraxanı, Qaradağ, Xəzər, Səbail və Abşeron rayonların ərazisində yol kənarında ümumi istifadədə olan yollarda maneələr yaratmasınlar. Hər hansı istehlak ehtiyaclarını ödəmək məqsədilə yol kənarında yerləşən iaşə obyektlərinin, ticarət müəssisələrinin kənarında dayanma-durma qaydalarının tələblərini pozmamağa çağırırıq. Bu cür davranışlar digər hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olur. Hər kəsə qaydalara düzgün riayət etməli olduqlarını bir daha xatırlatmaq istəyirik".

DİGƏR XƏBƏRLƏR

Top