Rusiyada Putinin “hökmdar” adlandırılması təklif olunur


Rusiyada Liberal Demokrat Partiyasının nümayəndələri “prezident” termininin “hökmdar” ifadəsi ilə əvəzlənməsi təşəbbüsü ilə çıxış ediblər.
Yeniavaz.com
RİA Novosti-yə istinadla xəbər verir ki, bu barərə Duma fraksiyasının mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısı postunun adı bizi həmişə çaşdırıb. İcra hakimiyyətinin başçısı mənasında “prezident” termini ilk dəfə yalnız 18-ci əsrin sonlarında ABŞ-da işlədilib, daha sonra isə bütün dünyaya yayılıb. Ölkəmizdəki tarixi standartlara görə, bu, ümumiyyətlə yeni bir sözdür və tamamilə kök salmamış onu etibarlı şəkildə əvəz edə bilərsiniz", - deyə Liberal Demokrat Partiyasından bildirilib.
Təşəbbüs müəlliflərinin fikrincə, Rusiyanın ilk prezidenti Boris Yeltsinlə hazırki dövlət başçısı Vladimir Putin iki fərqli statusa malik şəxslərdir. Belə ki, Yeltsin RSFSR Konstitusiyasına, Putin isə Rusiya Konstitusiyasına əsasən seçilib.

DİGƏR XƏBƏRLƏR

Top