Polis Abenin təhlükəsizliyində qüsurların olduğunu bildirib


Yaponiya polisi cümə günü ölkənin cənubunda yerləşən Nara şəhərində güllələnərək öldürülən Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin təhlükəsizliyində qüsurların olduğunu etiraf edib.
Yeniavaz.com
BBC-ə istinadla xəbər verir ki, Nara polis rəisi Tomoaki Onizuka "təhlükəsizlikdə problemlərin olduğu danılmazdır", deyib.
Qeyd edək ki, iyulun 8-də silahlı şəxs siyasi kampaniya zamanı Abeyə atəş açıb və nəticədə o, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Cinayət Yaponiyanı dərindən sarsıdıb.
Xatırladaq ki, bu gün – iyulun 10-da yuxarı palata seçkiləri planlaşdırıldığı kimi keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top