Azərbaycanda arı sancmasından ölən gənc dəfn zamanı ayılıbmış


Ağstafada arı vurması nəticəsində ölən gənc oğlan dəfn zamanı ayılıbmış. 

Yeniavaz.com xəbər verir ki Qafqazinfo 24 yaşlı İlqar Qəhrəmanovun dəfndə oyanması ilə bağlı bir sıra təfərrüatları əldə edib.

Kənd sakinlırinin bildirdiyinə görə, onun ölümünə səbəb arı sancması yox, xəstəxanada qan laxtalaşdırıcı iynənin vurulması olub.

Belə ki, İlqar Qəhrəmanov dünən günortadan sonra vəfat etdiyi üçün adət-ənənəyə görə onun dəfni bu gün səhər saatlarına saxlanılıb. Meyitin evdə səhərə kimi qoxu yaymaması və şişkinlik yaratmaması üçün  qan laxtalaşdırıcı iynə vurulub.

Bu gün 24 yaşlı İlqar Qəhrəmanovu basdırmağa aparan zaman meyitin tərpəndiyini hiss ediblər. Qəbristanlıqda məlum olub ki, o, sağdır. Dərhal yaxınları İ.Qəhrəmanovu Gəncədəki xəstəxanalardan birinə aparıblar. Burada məlum olub ki, İlqar Qəhrəmanov həqiqətən də dünyasını dəyişməyib. Lakin vəziyyəti ağır olub. İ.Qəhramanov bir neçə saat sonra xəstəxanada vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top