Moskva-İrəvan təyyarəsi davaya görə məcburi eniş etdi


Moskva-İrəvan təyyarəsi göyərtəsindəki davaya görə Samarada məcburi eniş edib.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk deyib.
"Polis şöbəsinə bu gecə Moskvadan İrəvana uçan təyyarənin sərnişinlərindən birinin aqressiv davranışı barədə məlumat daxil olub. Təyyarənin kapitanı Samarada təcili eniş etmək qərarına gəlib", - deyə o bildirib.
Eniş etdikdən sonra təyyarəyə gələn polis sərxoş, söyüş söyən və digər sərnişinlərlə münaqişəsi olan şəxsi saxlayıb. O, növbətçiliyə aparılıb və haqqında üç inzibati maddə ilə protokollar tərtib edilib: vətəndaşların nəqliyyatda davranış qaydalarını pozma, xırda xuliqanlıq, ictimai yerlərdə sərxoş vəziyyətdə görünmə.

DİGƏR XƏBƏRLƏR

Top