Nazir idmançıya Bakıda 3 otaqlı ev verdi - Fotolar


Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti və müdafiə sənayesi naziri Mədət Quliyev “Əziz Şuşa” beynəlxalq velosiped yarışının qalibi olan Azərbaycan millisinin üzvü Elçin Əsədova Bakıda 3 otaqlı ev bağışlayıb.

Yeniavaz.com Report-a istinadla xəbər verir ki, mənzilin açarı mükafatlandırma mərasimində təqdim olunub.

Tədbirdə Mədət Quliyevlə yanaşı, gənclər və idman naziri Fərid Qayıbov, nazir mavini Mariana Vasileva və AVF-nin vitse-prezidenti Robert Eyyubov da iştirak ediblər.

Əvvəlcə fərdi, daha sonra komanda yarışının qalibləri mükafatlandırılıb.

Monqolustan yığması üçüncü, "Daşkənd Siti" ikinci, "Sakarya" komandası birinci yerin sahibi kimi də mükafatlarını alıblar.



DİGƏR XƏBƏRLƏR

Top