Abeni öldürən şəxsi hansı cəza gözləyir?


Yaponiyada ölkənin ən uzun ömürlü baş nazirlərindən biri olan Şinzo Abeni Narada mitinq zamanı güllələyərək öldürən Tetsuya Yamaqami ilə bağlı istintaq davam edir.
Yeniavaz.com
xəbər verir ki, Yaponiya mətbuatının məlumatına görə, bütün ölkəni sarsıdan bu hadisədən sonra Yamaqaminin edamının gündəmdə olduğu ortaya çıxıb.
Qeyd olunur ki, ABŞ-dan fərqli olaraq Yaponiyada zəhər vurulmur və edam daha ənənəvi üsullarla həyata keçirilir.
Yapon mədəniyyəti mütəxəssisi Takuma Melber mümkün ssenariləri təsvir edib:
“Yaponiyada edamın tərəfdarları çoxluq təşkil edir. Ölkə əhalisinin təxminən 10 faizi ölüm hökmünün əleyhinədir. Abeni öldürən hücumçunun asılaraq öldürülməsi ehtimalı var. Abe böyük dövlət xadimi olduğu üçün mən bu cinayətə görə ölüm hökmü tələb etməkdən başqa çarə görmürəm”.

DİGƏR XƏBƏRLƏR

Top