
Xəbər verdiyimiz kimi, jurnalist Əziz Orucov naməlum şəxs tərəfindən təhdid olunduğunu bildirib. O, bu gün paylaşım edərək həmin şəxsin onu izlədiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, Ə. Orucov bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
Əvvəlcə video paylaşan jurnalist daha sonra həmin görüntünü feysbuk hesabında bağlayıb.
"Ötən dəfə Sahil Bağında məni təhdid edən bu yaramaz idi. İndi yenə bu bizi izləyir. Bu dəfə 28 "Mall"ın yanında. Adam şəhərin mərkəzində arxamızca gəlir. Daxili İşlər Nazirliyi isə hələ də susqunluq nümaiş etdirir! Ölkəmizdə hüquq mühafizə orqanları nə işlə məşğuldur? Videonu DİN əməkdaşlarının əməliyyat axtarış prosesinə mane olduğu üçün bağladım", - Ə. Orucov qeyd edib.