Şri-Lankada Baş nazir də istefa verir


Şri-Lankanın Baş naziri Ranil Vikramasinqe bütün partiyalardan ibarət hökumət qurulduqdan sonra istefa verəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Newsfirst” məlumat yayıb.
"Hökumətin davam etməsini, eləcə də vətəndaşların təhlükəsizliyini təmin etmək üçün mən partiya liderlərinin ən yaxşı tövsiyəsini qəbul edirəm. İşləri asanlaşdırmaq üçün mən Baş nazir postundan istefa verəcəyəm”, - deyə o, bildirib.
Xatırladaq ki, bu gün Şri-Lankada xalq etiraz aksiyası keçirib. Çox sayda insanın iştirakı ilə keçən aksiyadan sonra Prezident tutduğu vəzifəni tərk edib.

 

DİGƏR XƏBƏRLƏR

Top