ABŞ Ukraynaya 368 milyon dollarlıq humanitar yardım göndərəcək


ABŞ ukraynalılara dəstək məqsədilə həmin ölkəyə əlavə 368 milyon dollar humanitar yardım verəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken tvitterdə yazıb.
“Bizim Ukrayna xalqı qarşısında öhdəliyimiz qətidir. Amerika Birləşmiş Ştatları Ukraynadakı insanlara və Rusiyanın amansız müharibəsi zamanı təhlükəsizlik üçün ölkələrini tərk etmək məcburiyyətində qalan qaçqınlara dəstək olmaq üçün əlavə humanitar yardım şəklində təxminən 368 milyon dollar ayırır”, - deyə o qeyd edib.

 

DİGƏR XƏBƏRLƏR

Top