Şri-Lankada Rajapaksalar hakimiyyətinə son qoyuldu


Xəbər verdiyimiz kimi, bu gün Şri-Lankada xalqın etirazı ilə Prezident Qotabaya Rajapaksa vəzifəsini qoyaraq ölkədən qaçıb.
Yeniavaz.com
xəbər verir ki, Rajapaksalar 20 ilə yaxındır Şri-Lankanı idarə edir. Uzun illərdir həmin ailənin üzvləri, yaxın qohumları ölkədə ən yüksək vəzifələri tuturdular. Prezident Qotabaya Rajapaksanın qardaşı Mahinda Rajapaksa Baş nazir olub. Digər qardaşı Basil Rajapaksa parlament üzvü, baş nazirin oğullarından biri idman naziri, digəri müşaviri kimi çalışıb. Həmçinin həmin ailənin üzvləri arasında kənd təsərrüfatı naziri, su və melorasiya naziri olub. O cümlədən həmin ailədən çox sayda insan ölkənin idarəetmə sistemində fəaliyyət göstərib.
Qeyd edək ki, Şri-Lankda ciddi iqtisadi böhran var, inflyasiya 70 faizə çatıb, ölkədə əhalinin rifahı isə gündən-günə aşağı düşür.
 

DİGƏR XƏBƏRLƏR

Top