Mirzoyandan Türkiyə-Ermənistan münasibətləri barədə açıqlama


Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün siyasi iradə və əsaslı addımlar atılmalıdır.
Yeniavaz.com
 xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yunanıstanın “Kathimerini” nəşrinə müsahibəsi vaxtı deyib.
O bildirib ki hər iki ölkənin xüsusi nümayəndələri proseslə bağlı 4 görüş keçirib.
“Prosesə pozitiv dinamika vermək üçün Türkiyə XİN başçısının təklifini qəbul edərək Antalyada keçirilən diplomatik foruma qatıldım və onunla forum çərçivəsində görüşdüm”, - deyə Mirzoyan vurğulayıb.
Xatırladaq ki, hər iki ölkənin xüsusi nümayəndələri sonuncu dəfə iyulun 1-də Vyanada görüşüblər.

 

DİGƏR XƏBƏRLƏR

Top