
Amerika Birləşmiş Ştatları Ukraynaya növbəti 400 milyon dollar məbləğində hərbi texnika göndərmək qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “İnterfax” məlumat yayıb.
Qeyd edilib ki, Kiyevə 155 mm-lik artilleriya üçün 1000 xüsusi yüksək dəqiqlikli mərmi partiyasının da təhvil verilməsi planlaşdırılır.
ABŞ həmçinin Ukrayna ordusuna üç ordu döyüş maşını, döyüşü sistemləri və onların ehtiyat hissələrini təhvil verəcək.
Tətbiqimizi yükləyə bilərsiniz