İran Xəzər dənizində "Davamlı Təhlükəsizlik 1401" adlı hərbi təlimlərə başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.
“İran Ordusunda Hərbi Dəniz Qüvvələrinin builki təlimlərində raket daşıyan gəmilər, helikopterlər və pilotsuz uçuş aparatları iştirak edir”. Məlumatda həmçinin bildirilib ki, hər il keçirilən təlimlərin məqsədi hərbi birləşmələrin qarşılıqlı fəaliyyətini işləyib hazırlamaq və təcrübə mübadiləsi aparmaqdır.