Estoniyanın Baş naziri vəzifədən gedir


Estoniyada baş nazir Kaya Kallas tutduğu vəzifəsindən gedir.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb “İsamaa” partiyasının yeni hökuməti qurmaq üçün koalisiyaya qoşulmaq şərti olub.

Belə ki, siyasi partiyanın üzvləri yalnız Kallasın istefasından sonra koalisiyaya qoşulacaqlarını dəfələrlə bildiriblər.

Lakin, hökumət başçısı belə bir şərtin olduğunu təkzib edib. O, istefa təklifinin özünə aid olduğunu deyib.

Məlumata görə, gələn həftəsonu yeni hökumətin tərkibindəki nazir postlarının bölüşdürülməsi planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top