Siyasətçi, yazar Mirkazım Seyidov Prime TV-də Naxçıvan haqqında çıxışından sonra küçənin ortasında küt alətlə vurulduğunu iddia edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Aygün Muradxanlının paylaşdığı videoda Mirkazım Seyidov özü haqqında danışarkən bildirib.
Aygün Muradxanlının sözlərinə görə, Mirkazım Seyidovun qoluna 6 tikiş qoyulub:
“O özəl xəstəxanalardan birində əməliyyata götürülüb. DİN yalnız telefonla əlaqə saxlayıb. Hadisənin üstündən 5 saat keçsə də polis nə olay yerinə gəlib, nə də Mirkazım Seyidovdan ifadə alınıb”.
Görüntülərdə Mirkazım Seyidov Vasif Talıbovla bağlı çıxışından sonra başına bu hadisənin gəldiyini deyib:
“Mən Prime TV-də Naxçıvanın Vasif Talıbovla pisləşməsi ilə bağlı 1 saatlıq çıxışımdan sonra taksi ilə getdim və montin bağına daxil oldum. Həmin vaxt iki nəfər mənə hücum edib küt alətlə vuraraq belə hala saldılar”.