Bacısı kimi özü də ABŞ universitetində təhsil alacaq - 93 minlik təqaüdlə


Bakı Mühəndislik Universitetinin  (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin Dünya iqtisadiyyatı ixtisası üzrə məzunu Elmir Muxtarov magistr dərəcəsində təhsilini “U.S. News & World Report 2022” reytinqində ABŞ üzrə birinci yer tutan Prinston Universitetində (Princeton University) davam etdirəcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Bildirilir ki, Elmir BMU-nu 94,58 orta balla bitirib. Onun bacısı Türkan Muxtarova da bir neçə il əvvəl keçmiş Qafqaz Universitetini (indiki BMU) ortalama 100 balla bitirərək ABŞ universitetlərindən dəvət alıb və hazırda ordakı təhsilini bitirərək ABŞ-da yaşayır.
Prinston Universitet Elmir Muxtarovun iki il ərzində bütün təhsil xərclərimin qarşılanması üçün illik 92 min 610 dollar təqaüd ayıracaq.

DİGƏR XƏBƏRLƏR

Top