Astara polisi əməliyyat keçirdi - Video


Həyətində narkoplantasiya yetişdirən Astara sakini saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyətində narkoplantasiya yetişdirən rayon sakini saxlanılıb.
“Xaş-xaş 2022” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Sərək kənd sakini Heydər Alıyev saxlanılıb.
Onun yaşadığı evin həyətindəki sitrus bağının içərisində əkərək kultivasiya yolu ilə yetişdirdiyi yaş kütləsi 375 kiloqram olan 1284 ədəd narkotik xassəli çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır

DİGƏR XƏBƏRLƏR

Top