G20 ölkələrinin xarici işlər nazirlərinin İndoneziyada keçirilən görüşündə bir sıra XİN başçıları Rusiya nümayəndəsi Sergey Lavrovla birgə fotosessiyada iştirak etməkdən imtina ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.
Bildirilib ki, bu il görüş iştirakçılarının ənənəvi fotosessiyası baş tutmayıb. Səbəb bir sıra xarici işlər nazirlərinin Rusiya XİN başçısı Sergey Lavrovla birgə şəkil çəkdirməkdən imtina etməsidir. İlk imtina edən isə ABŞ dövlət katibi Entoni Blinken olub.
“Reuters”in məlumatına görə, sammitin bir sıra iştirakçıları Lavrovla sammitdənkənar görüşdən imtina ediblər. Onların arasında yenə də ABŞ dövlət katibi, Almaniya və Yaponiyanın xarici işlər nazirləri də var.
Lavrov həmkarlarının onunla fotosessiyalardan imtina etmələrini şərh edərkən bildirib ki, özü heç kimi dəvət etməyib.