YPX əməkdaşının rüşvət almasının görüntüləri - Video


Salyanda Yol Patrul Xidməti əməkdaşının vətəndaşdan rüşvət almasının görüntüləri yayılıb.
Yeniavaz.com
xəbər verir ki, hadisəni lentə alan Salyan sakini görüntüləri “Meydan TV”yə göndərib.
Videoda danışan şəxs yol polisi əməkdaşının vətəndaşı 99-YP-563 nömrə nişanlı xidməti avtomobilinin yanına çağıraraq ondan 10 manat aldığını deyib.
Həmin kadrları təqdim edirik:
Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev Yeniavaz.com-a bildirib ki, görüntülərlə bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top