DİN-dən Tofiq Yaqublunun elan etdiyi aksiya barədə - Xəbərdarlıq


Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti iyulun 13-də bir qrup şəxsin Nazirlər Kabinetinin önündə aksiya keçirmək barədə çağırışlarına münasibət bildirib.

Qurumdan Yeniavaz.com-a verilən məlumatda qeyd olunub ki, icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış hər hansı  aksiyanın keçirilməsi yolverilməzdir. Ona görə də belə bir cəhd olarsa onun qarşısı alınacaqdır. Bu zaman baş verə biləcək hər hansı insidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcək.
Qeyd edək ki, Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu ötən gün açıqladığı məlumatda iyulun 13-ü saat 12:00-da Nazirlər Kabinetinin binası qarşısında “Ölkənin quru sərhədlərini açın” tələbilə dinc etiraz piketi keçiriləcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top