DYP-dən bayramla bağlı sürücülərə - Müraciət


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Yeniavaz.com xəbər verir ki, idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Qurban bayramı günlərində yol polisinin gücləndirilmiş qaydada xidmət göstərəcəyini bildirib:

“Dəyərli xalqımız islam dünyasının böyük rəğbətlə qeyd etdiyi, hər bir müsəlman üçün əziz olan Qurban bayramınızı təbrik edir və bu bayram günlərini təhlükəsiz şəraitdə keçirilməsini arzu edirik. 

Bayram günlərində bir sıra yol hərəkəti qaydalarını unutmamağı, əsasən yolların hərəkət istiqamətlərinin zəbt edilərək dayanma-durma tələblərini pozmamağı və digər vətəndaşlarımızın rahat və fasiləsiz hərəkətlərinə maneə yaratmamağı, uzaq məsafələrə səfərlər zamanı yuxu və istirahət rejimlərinə əməl etməyi, səfər öncəsi avtomobillərinizin sazlığına diqqət yetirməyi xahiş edirik.

Hər birinizin rahatlığının təmin olunması üçün bütün bayram günləri xidmətimizi gücləndirilmiş qaydada təmin etməyimizin bir məqsədi var ki, o da sizin təhlükəsizliyinizin yüksək səviyyədə təmin olunmasıdır. Bir daha hər birinizə xoş istirahətlər və neqativ hallarla yadda qalmayan bayram arzu edirik!”

DİGƏR XƏBƏRLƏR

Top