Ehtiyatda olan polkovnikin İcra Şöbəsində ürəyi partladı


Sumqayıt şəhər İcra Şöbəsində ölüm hadisəsi qeydə alınıb.

Yeniavaz.com xəbər verir ki, bu haqda Qarabağ qazisi Rey Kərimoğlu feysbukda yazıb.

O bildirib ki, polkovnik-leytenant Şahmurad Məmmədovun məhkəmədə ürəyi partlayıb, dünyasını dəyişib.

“Qazi polkovnik-leytenant Şahmurad Museyib oğlu Məmmədov Sumqayıtda məhkəmə ədalətsizliyinə etiraz edərkən ürəyi partlayıb! Dünyasını dəyişib! Hadisə Sumqayıtda məkəmə qərarlarının icrası binasında baş verib! Məhkəmə və bank 5 uşaq atasının bütün pensiyasını borca yönəldibmiş. Kartı da bloklanıb. Allah rəhmət eləsin!”, - deyə Rey Kərimoğlu paylaşımında qeyd edib.

Qeyd edək ki, Şahmurad Məmmədov həm də QHT rəhbəri idi.

DİGƏR XƏBƏRLƏR

Top