Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakıda yollarda vəziyyətlə bağlı məlumat açıqlayıb.
NİİM-dən Yeniavaz.com-a verilən məlumata görə, hazırda Bakıda aşağıdakı yollarda sıxlıq müşahidə olunur:
1. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
3. Tbilisi prospekti, 20 Yanvar m/st-dan mərkəz istiqamətində;
4. Ziya Bünyadov prospekti, 20 Yanvar m/st-dən Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
6. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;
7. Bakı-Sumqayıt şosesi, Xırdalan dairəsi istiqamətində;
8. Bakı-Sumqayıt şosesi, 20 Yanvar m/st istiqamətində;
9. Mikayıl Üseynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;
11. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
12. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
13. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
14. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
15. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur.