“Conson bizi sevmir, biz də onu” - Peskov


“Kreml baş verənləri hökumət böhranının təzahürü hesab edir”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Böyük Britaniyanın baş naziri Boris Consonun mümkün istefası ilə bağlı xəbərləri şərh edərkən deyib.
“Böyük Britaniyadakı vəziyyət, hökumət böhranı bizim işimiz üçün prioritet ola bilməz. Amma təbii ki, diqqət yetiririk. Cənab Consonun özünə gəlincə, o, bizi çox da sevmir. Biz də onu”, - Peskov bildirib.
Peskov Böyük Britaniyanın baş nazirinin istefası fonunda Avropa ölkələrinin Ukrayna ilə bağlı düşüncələrinin necə dəyişə biləcəyi sualı cavabsız qoyub.

DİGƏR XƏBƏRLƏR

Top