Türkiyə səfiri Ukrayna XİN-ə çağırıldı


“Ukraynanın işğal altındakı Berdyansk şəhərindən Türkiyənin Karasu limanına oğurlanmış taxıl daşımağa çalışan Rusiyanın “Jibek Joli” gəmisi saxlanılıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, gəminin və yükün ələ keçirilməsi üçün Türkiyə tərəfinə sorğu göndərilib:
“Ukrayna tərəfinin müraciətinə məhəl qoymayaraq, iyulun 6-da axşam saatlarında gəmi buraxılıb. Ukrayna tərəfi qeyd olunan məlumatı dərin məyusluq hissi ilə qarşılayıb və Türkiyə tərəfinə qeyd olunan vəziyyətlə bağlı təcili araşdırma aparılması və Ukraynanın müvafiq orqanlarının müraciətlərinə hərtərəfli cavab verilməsi, habelə gələcəkdə oxşar halların hər vasitə ilə qarşısının alınması xahişi ilə müraciət edib”.
Qeyd edilib ki, qəbul edilməz vəziyyətlə əlaqədar olaraq Türkiyənin Kiyevdəki səfiri Ukrayna Xarici İşlər Nazirliyinə dəvət olunub.

DİGƏR XƏBƏRLƏR

Top