Türkiyədə həkimlər tətil elan etdi


Ötən gün Türkiyənin Konya Şəhər Xəstəxanasında Hacı Mehmet Akçayın silahlı hücumu nəticəsində kardiologiya mütəxəssisi Əkrəm Qaraqaya vəfat edib. M. Akçay hücumun ardından eyni silahla intihar edib. M. Akçayın 1 ay öncə ürək tutmasından həyatını itirən anası Kezban Akçayın ölümündə Ə. Qaraqayanının günahkar bildiyi üçün bu hadisəni törətdiyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu hadisədən sonra türkiyəli tibb işçiləri 2 günlük tətil qərarı alıblar.
Konyada baş verən hadisədə Əkrəm Qaraqaya tapançadan açılan güllələrlə öldürüldükdən sonra xəstəxanada olan bütün səhiyyə işçiləri işdən ayrılıb.
Bununla əlaqədar tətil qərarının bütün Türkiyə ərazisində həyata keçiriləcəyi iddia edilib.
Həkimlərin qərarı 7-8 iyul (cümə axşamı və cümə) tarixlərində qüvvədə olacaq.

DİGƏR XƏBƏRLƏR

Top