Boris Conson bu gün istefa verəcək - KİV


Böyük Britaniyanın baş naziri Boris Conson yaxın saatlarda istefa vermək niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Böyük Britaniyanın “BBC”, “İTV”, “Sky News” və “The Times” nəşrləri məlumat yayıb.
Bildirilib ki, Conson vəzifəsində qalmaqda davam edərsə, gələn həftə o, növbəti etimad səsverməsi ilə üzləşə bilər.
"Sky News" əlavə edib ki, Conson oktyabr ayına qədər, hakim partiyanın yeni rəhbərinin seçiləcəyi vaxta qədər baş nazir vəzifəsini davam etdirəcək.
Qeyd edilib ki, Krallığın rəsmi iqamətgahı B. Consonun gün ərzində xalqa müraciət edəcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top