Qırğızıstanda separatçıların ölkəmizə qarşı təxribatının qarşısı alındı - Yenilənib


Qırğızıstanın paytaxtı Bişkekdə fəaliyyət göstərən Kino evi erməni separatçıların ideyalarını təbliğ edən filmin nümayişini ləğv edib.

Yeniavaz.com Oxu.az-a istinadla xəbər verir ki, buna səbəb Bişkekdəki Azərbaycan diasporu nümayəndələrinin etirazları olub.
Belə ki, Bişkekdə fəaliyyət göstərən “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun prezidenti Nüsrət Məmmədov və “Azəri” İctimai Birliyinin sədri Əzizağa Əliyev Kino evinin direktoru Gülmira Kərimova ilə əlaqə saxlayaraq sözügedən filmin mahiyyətini izah edib və ləğv olunmasını tələb ediblər.
Bundan sonra Kyrgyzcinema.com saytında yerləşdirilən müvafiq elan silinib, filmin nümayişinin isə dayandırıldığı qeyd olunub.

***12:28
Qırğızıstanda fəaliyyət göstərən Kino evində Azərbaycana qarşı təxribata yol verilib. Belə ki, ölkənin paytaxtı Bişkekdə fəaliyyət göstərən kino evində iyulun 8-də erməni separatçılarının filmi nümayiş olunacaq.
Yeniavaz.com
xəbər verir ki, nümayiş barədə “kyrgyzcinema.com” saytında elan dərc edilib.
Nora Martirosyanın rejissoru olduğu film Fransa-Ermənistan-Belçika istehsalıdır. Nümayişin təşkilatçısı isə “Alliance Francaise Bishkek” şirkətidir.
Filmin sinopsisində bunlar qeyd edilib:
“Beynəlxalq auditor Alen yeni hava limanını qiymətləndirmək üçün “Artsax”a (Qarabağdakı separatçı rejim - red.) gəlir. O, özünü müstəqil elan etmiş respublikanın xüsusi ab-havası ilə onun sakinləri ilə, xüsusən də hava limanının yaxınlığında şəxsi biznesi olan oğlan Edqarla qarşılaşır.
Bildirilib ki, giriş pulsuzdur, film fransız dilində rusca subtitrlərlə nümayiş etdiriləcək.
Nümayişin afişası:

Filmin treyleri:
Filmin posteri:

DİGƏR XƏBƏRLƏR

Top