
Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyev və şəhid Zahir Feyzullayevin ailəsi Xocavəndin Tuğ kəndini ziyarət ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə AZTV-nin reportajında bildirilib.
A. Əliyevin həyat yoldaşı Vüsalə xanım Qarabağa ilk dəfə gəldiyini bildirib. Deyib ki, bu onun diləyi idi: Anarın canı-qanı bahasına aldığı torpaqda qurban kəsmək.
Şücaətinə görə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən Anar Əliyev “Vətən uğrunda” Şuşanın, Xocavəndin, Füzulinin azad olunması medalları ilə də təltif olunub.
Daha ətraflı: