Tahir Əmiraslanov kitablarını yandırmasının səbəbini açıqladı - Video


Azərbaycan Milli Kulinariya Mərkəzinin keçmiş direktoru Tahir Əmiraslanovun sosial şəbəkə hesabındakı paylaşımı müzakirələrə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, T. Əmiraslanov bir sıra kitabı yandırmasının görüntülərini paylaşıb.
Keçmiş direktorun bu paylaşımı müzakirələrə səbəb olduğundan o, daha bir status yazaraq bunu niyə etdiyinə aydınlıq gətirib:
“Dostlar bəzi kitablarımı yandırmağımla bağlı yüzlərlə rəy gəlir. Müxtəlif yozumları qarşılamaq üçün səbəbini açıqlayıram.
1. İnsanlarımızın kitab oxumamalarına və bununla ölkəmizi geri çəkmələrinə etiraz edirəm.
2. “National Geographic” kimi böyük bir resursda mətbəximiz təhrif edilir, mətbəxi qorumaq üçün yaradılmış qurum bunu təkzib etmir, cavablandırmır. Buna etirazımı bildirirəm.
Bunları yozmaq lazım deyil”.
Sözügedən görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top