İranda Qərb diplomatlarının həbsi ilə bağlı görüntülər yayıldı - Video


İranının Təhlükəsizlik Nazirliyi (ETTELAAT) tərəfindən həyata keçirilən əməliyyat nəticəsində bir neçə Qərb diplomatı “casusluq” edərkən tutulublar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Fars News” məlumat yayıb.
İddiaya əsasən, Britaniyanın İrandakı səfirinin müavini və Avstriyanın Tehrandakı mədəniyyət müşavirinin xanımı da tutulanlar arasındadır. Bildirilib ki, xarici diplomatlar Kerman əyalətinin Şəhdad səhrası adlanan bölgəsində həbs edilib. Agentlik iddia edib ki, xarici diplomatlar kəşfiyyat məqsədi ilə SEPAH-ın dronlarını izləyiblər.
Britaniya hökuməti dünən gecə yaydığı bəyanatda İran mediası tərəfindən yayılan bu xəbərin həqiqəti əks etdirmədiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top