Böyük Britaniyada istefa verən nazirlərin sayı 8-ə çatdı


Ötən gün Böyük Britaniyada beş nazir eyni anda istefa ərizəsi yazıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə istefa verənlərdən biri olan sənaye naziri Li Rouli sosial şəbəkə hesabında paylaşım edib.
“Çox təəssüf hissi ilə hökumət üzvləri vəzifələrindən istefa veririk. Sizdən xoş niyyətlə partiyanın və ölkənin rifahı naminə istefa vermənizi xahiş edirik”, - baş nazir Boris Consona yazılan ərizədə bildirilib.
İstefa ərizəsini bu şəxslər imzalayıblar: media, informasiya və rəqəmsal infrastruktur naziri Culiya Lopez, bərabərlik və yerli idarəetmə naziri Kemi Badenok, Təhsil Departamentində nazir Aleks Burqart, Mənzil Departamentində nazir Nil O'Brayan və sənaye naziri Li Rouli.
Daha əvvəl isə maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sacid Cavid istefa ərizəsi yazıb. Həmçinin məktəb işləri üzrə nazir Robin Uolker də istefa verib.
Beləliklə, bir gündən az müddətdə Böyük Britaniya Nazirlər Kabinetini 8 nazir tərk edib.
Nazirlər bir gündən az bir müddətdə hökuməti tərk edən otuzdan çox nazir, kiçik nazir və parlament katiblərindən sonra baş nazir Boris Consonu da istefaya razı salmağa çalışırlar. Onların hamısı istefa ərizələrində baş nazirin və nəticədə ölkə hökumətinin bir sıra qalmaqallardan sonra seçicilərin etimadını itirdiyinə toxunublar.

DİGƏR XƏBƏRLƏR

Top