
Rusiya Federasiyası, Çin və İran Latın Amerikasında bir sıra irimiqyaslı təlimlər keçirməyə hazırlaşır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Washington Free Beacon” qəzeti məlumat yayıb.
“İran, Rusiya və Çin güc nümayişi kimi Latın Amerikasında bir sıra mühüm hərbi təlimlər hazırlayır və bu ölkələrin silahlı qüvvələrinin ABŞ-a çata biləcəyini göstərir”, - deyə portal vurğulayıb.