Avropada meymunçiçəyinə yoluxanların sayı artır


“Dünyada 6 mindən çox meymunçiçəyi xəstəliyinə yoluxan var”.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus deyib.
“Hələ də testlərlə işlərin müəyyən edilməsində çətinliklər var və çox güman ki, əhəmiyyətli sayda hal rəsmi olaraq qeydə alınmayıb”, - deyə o bildirib.
Qebreyesus həmçinin vurğulayıb ki, yoluxmanın 80 faizi Avropa ölkələrindədir.

 

DİGƏR XƏBƏRLƏR

Top