Paşinyan Putini bu mövzularda məlumatlandırdı


Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Bildirilib ki, danışıq zamanı Paşinyan Putinə İrəvanla Ankara arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş son təmaslar barədə məlumat verib.
“Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrasının praktiki aspektlərinin müzakirəsi davam etdirilib.
 

DİGƏR XƏBƏRLƏR

Top