Nazirlər Boris Consonu istefaya çağıracaq - BBC


Böyük Britaniya Nazirlər Kabinetinin Baş nazir Boris Consonu istefaya çağırmaq niyyətindədirlər. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə BBC Nazirlər Kabinetindəki mənbələrinə istinadla məlumat yayıb.
"Bizə məlumat verildiyi kimi, Boris Consonun kabinetindən bir qrup nazir yaxın vaxtlarda ona getməyin vaxtı olduğunu söyləmək niyyətindədir", - deyə qeyd edilib.
Məlumata görə, Baş nazirə şəxsən müraciət etmək niyyətində olan nazirlər qrupuna Uels və Şimali İrlandiyanın nazirləri Saymon Hart və Brendon Lyuis, habelə nəqliyyat naziri Qrant Şapps daxildir.
 

DİGƏR XƏBƏRLƏR

Top