Acun Ilıcalının saatı Türkiyədə gündəm oldu - Foto


Sevgilisi Ayça Çağla Altunkayanın ad gününü qeyd edərkən sosial şəbəkə hesabında paylaşım edən Acun Ilıcalı saatı ilə gündəm olub. 
Yeniavaz.com Türkiyə mətbuatına istinadən bildirir ki, Acun Ilıcalı 3 gün əvvəl sevgilisinin ad gününü qeyd edərkən “İnstagram” hesabında paylaşım edib.
13,7 milyon izləyicisi olan “İnstagram” hesabından Ayça Çağla Altunkaya ilə çəkdirdiyi fotonu paylaşan Acun Ilıcalı belə yazıb: "Çox yazıram, amma ən yaxşısı bunu üzünə söyləməkdir. Ad günün mübarək, hər zaman gülümsə... gözəl ad günün mübarək".
Paylaşımda Acun Ilıcalının saatı gündəmə gəlib. Ilıcalının saatının qiyməti sosial mediada ən çox danışılan mövzulardan birinə çevrilib.
Dünyaca məşhur bir markaya məxsus saatın 9 milyon 438 min 862 lirəyə (550 min dollar) satıldığı bildirilir.




 

DİGƏR XƏBƏRLƏR

Top