Corc nazirliyin ona mənzil verməsindən danışdı


Aktyor Corc Qafarov dövlət tərəfindən mənzillə təmin olunması haqda danışıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə C. Qafarov Olay.az-a açıqlama verib. O deyib ki, ev üçün 1 il əvvəl müraciət edib:

“Xəbəri eşidəndə təəssüratlarım gözəl oldu. Dövlət himayəsində böyüyüb məzun olmuşuq, adıma əmlak olmadığı üçün bir mənzil ayrıldı. Bir il əvvəl müraciət etmişdim. Dörd ay sonra qardaşıma ev verildi, indi də mənə”.

Aktyor sosial şəbəkələrdə mövzu barədə ona mənfi şərh yazanlardan da söz açıb:

“Tənqidlərə münasibətim normal olur. Üzdə olan insanlara hər zaman həm tənqid, həm də tərif yazanlar ola bilər. Bu normaldır”.

Qeyd edək ki, Corc Qafarovu müğənni Roza Zərgərli övladlığa götürüb.

Nazirlik niyə Roza Zərgərlinin oğluna ev verib? - Açıqlama

DİGƏR XƏBƏRLƏR

Top