Rauf Arifoğlunun qardaşı "Yeni Müsavat"dan istefa verdi


“Yeni Müsavat” qəzetinin baş redaktoru Azər Ayxan tutduğu vəzifədən istefa verib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“”Yeni Müsavat” Media Qrupu ilə yollarımı ayırdım. “Yeni Müsavat”ın baş redaktoru vəzifəsindən istefa verdim.
Bəzən yaranan fikir ayrılıqları, mübahisələr bir tərəfin getməsi ilə daha asan həllini tapır. Qalıb dirəşmək, üz-göz olmaq çıxış yolu deyil. Əksinə, bu, durumu daha da gərginləşdirir. Anlaşa bilmirsənsə, uzaqlaşacaqsan. Yanlış qərarların verilməsinin qarşısını ala bilmirsənsə, yapacaq bir şey qalmır - gedəcəksən. Əlverişiz mənəvi-psixoloji mühit insanı usandırır, enerjisini alır və yorur.
Maddi itkilərə rəğmən imtina edə bilmək və zamanında çəkilmək insanı ərdəmli qılar, hörmətli tutar. Ən əsas, öz gözündə yüksəldər.
Bir müddət istirahət edəcəm. Sonrasına sonra baxacağıq. Hər kəsə sayğılar, sevgilər”, - paylaşımda bildirilib.

Qeyd edək ki, A.Ayxan “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun qardaşıdır. Onlar uzun illər idi ki, sözügedən Media Qrupuna birlikdə rəhbərlik edirdilər.

DİGƏR XƏBƏRLƏR

Top