Xəzərin üzərindəki qeyri-adi görüntü NASA-nı təəccübləndirdi - Foto


NASA (Milli Aeronavtika və Kosmos İdarəsi) Xəzər dənizi üzərində çox qəribə bulud forması aşkar edib.
Yeniavaz.com
NASA-nın rəsmi saytına istinadən xəbər verir ki, qeyri-adi görüntü “Terra” adlı peykdən çəkilib. 
NASA-dan bildirilir ki, bu mənzərəni mayın 28-də səhər saatlarında əldə edib. Tək buludun yaxşı müəyyən edilən kənarları olub və bu da onu daha tipik diffuz və səpələnmiş bulud örtüyündən fərqləndirib. 
Hollandiya Kosmik Tədqiqatlar İnstitutunun atmosfer alimi Bastiaan van Diedenhovenin sözlərinə görə, bulud kiçik stratokumulusdur.
Stratokumulus buludları aşağı hündürlükdə - 600 ilə 2000 metr arasında əmələ gəlir. Bu bulud, ehtimal ki, təxminən 1500 metr yüksəklikdə uçurdu.
Van Diedenhovenə ehtimal edir ki, bulud Balkanlardan gələn isti, quru hava Xəzər üzərində daha soyuq, nəmli hava ilə qarşılaşdıqda yarana bilər. 
Bildirilir ki, bu cür buludlar daha çox Afrikanın qərb sahillərində, okean üzərində müşahidə olunur. Şərqi Avropada belə stratokumulus buludlarını görünməsi alimləri də təəccübləndirib.

DİGƏR XƏBƏRLƏR

Top