Mingəçevirdə əlil bacı-qardaşın köməyə ehtiyacı var - Video


Mingəçevir şəhəri Nizami 5 ünvanında yaşayan iki əlil, imkansız bacı-qardaşın yardımsevər insanların köməyinə ehtiyacı var.

Onlar bu barədə Yeniavaz.com-a müraciətlərində bildiriblər.
Hər ikisi də birinci qrup əlil olan Əhmədov Füzuli və Əhmədova Sevinc hərəsi bir otaqda yataq rejimində yaşayır. Dediklərinə görə, bu xəstəlik (myatapeya) onlarda irsidir. Böyük qardaşları da bu xəstəlikdən əziyyət çəkir. Ona isə həyat yoldaşı öz mənzilində qulluq edir.
Füzuli Əhmədov 46 yaşındadır, 15 ildir bu xəstəlikdən əziyyət çəkir. Sevinc Əhmədova isə 52 yaşındadır. Hər ikisi subaydır.
“Allaha yalvarırdım ki, heç olmasa, mən bu xəstəliyə tutulmayım, qardaşıma baxıram”, - Sevinc deyib. Amma iki ilə yaxındır ki, Sevinc də yatağa məhkum olub.
Hər iki bacı-qardaşa dostları, qonşular kömək edir. Amma onların bu kimi köməklərlə ehtiyacları ödənmir. Baxıcı tutublar, ona da imkanları çatmır. Füzuli Əhmədov deyir ki, əgər qonşular səhər qapılarını açmasalar, içəridə boğularlar. Bina evində 3-cü mərtəbədə yaşayırlar, həkimə gedib gəlmək onlar üçün problem olur.
“Bacımı xəstəxanaya apardıq, qalmağa icazə vermədilər. Hər dəfə təcili yardımla aparmağa da imkanımız yoxdur”, - Füzuli Əhmədov deyir.
Sevincin Əhmədovanın vəziyyəti çox ağır olduğuna görə, onun tibbi çarpayıya ehtiyacı var. Bacı-qardaş imkanlı şəxslərdən onlara yardım etmələrini istəyib. Bildirirlər ki, tibbi çarpayı olsa, onu qaldırıb ehtiyaclarını ödmək asanlaşar.

Füzuli Əhmədovun əlaqə nömrəsi: 055 821 46 45



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top