"Microsoft"da rəhbər vəzifədə çalışmış şəxs nazirin müşaviri oldu


Səhiyyə naziri Teymur Musayevə yeni müşavir təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirin müvafiq əmrinə əsasən bu vəzifəyə Rüfət Cahangir oğlu Hacıəlibəyov təyin olunub.
O Teymur Musayevin səhiyyənin rəqəmsallaşdırılması üzrə müşaviri vəzifəsini icra edəcək.
Qeyd olunub ki, Rüfət Hacıəlibəyov HP, "Microsoft", SAP beynəlxalq şirkətlərində rəhbər vəzifələrdə çalışıb və informasiya texnologiyaları sahəsində 25 illik davamlı təcrübəyə malikdir.
O, 2021-ci ilin dekabrında Prezident İlham Əliyevin Fərmanına əsasən, Azərbaycanın informasiya texnologiyaları sektorundakı uğurlu fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

DİGƏR XƏBƏRLƏR

Top