Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində səkinin ərazisi avtomobil parkinqinə çevrilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bakı Gündəliyi” səhifəsi paylaşım edib.
“Hər marketə bir parkinq. Biri də Ceyhun Hacıbəyli küçəsində”, - paylaşımda bildirilib.
Xatırladaq ki, daha əvvəl Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması faktı qeydə alınıb. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığından sonra parklanma yeri ləğv edilib, yerində yaşıllıq salınıb.