Kanada Finlandiya və İsveçin NATO üzvlüyünü ratifikasiya edən ilk ölkə oldu


Kanada Finlandiya və İsveçin alyansa qoşulması haqqında protokolları ratifikasiya edən ilk NATO ölkəsidir. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdonun yaydığı bəyanatda deyilir.
"Bu gün Kanada Finlandiya və İsveçin NATO-ya qoşulma protokollarını ratifikasiya edən (təsdiqləyən) ilk ölkə oldu. Bu, iki ölkəni alyansa tamhüquqlu üzvlüyə yaxınlaşdırır", - deyə Baş nazir deyib. 
Xatırladaq ki, sənədlər bütün NATO dövlətləri tərəfindən ratifikasiya edildikdən sonra Helsinki və Stokholm təşkilata üzv olacaq. Təsdiq məktubları saxlanmaq üçün ABŞ Dövlət Departamentinə göndərilir.

 

DİGƏR XƏBƏRLƏR

Top