Böyük Britaniyada nazirlər istefa verdi


Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sacid Cavid istefa verib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, maliyyə naziri hökumətin düzgün, səriştəli və ciddi şəkildə idarə olunmadığı bildirib  “Mən başa düşürəm ki, bu, mənim son nazir vəzifəm ola bilər, amma inanıram ki, bu standartlar uğrunda mübarizə aparmağa dəyər”, - deyə o, qeyd edib.
Səhiyyə naziri isə Baş nazir Boris Consona ünvanladığı məktubunda hökumətdən sadəcə dürüstlük gözlədiyini vurğulayıb:
“Təəssüf hissi ilə deməliyəm ki, mən artıq vicdanımla bu hökumətdə xidmətə davam edə bilmərəm. Britaniya xalqı da haqlı olaraq hökumətdən dürüstlük gözləyir”.
 

DİGƏR XƏBƏRLƏR

Top