Vətəndaşlara bu bankomatlar barədə SMS göndəriləcək


Azərbaycanın bank sektorunda bankomatlarla bağlı maraqlı yenilik tətbiq olunub.

Yeniavaz.com "Report"a istinadla xəbər verir ki, söhbət vətəndaşlara pul olan bankomatlar barədə SMS göndərilməsindən gedir.

Belə ki, müştərinin nağdlaşdırma əməliyyatı etmək istədiyi bankomatda pul olmadıqda ona həmin bankda məxsus, yaxınlıqda yerləşən və içində pul olan 3 ATM-in ünvanları barədə SMS gələcək. Amma bunun üçün müştəri "SMS Xəbərdarlıq" xidmətinə qoşulmalıdır.

"Azericard" prossesinq mərkəzinə məxsus yeni xidmət ölkənin kommersiya banklarından birinin müştəriləri üçün artıq keçərlidir.

DİGƏR XƏBƏRLƏR

Top